“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
Qarabaqinfo.az xəbər verir ki, Bakı klubu yetirməsi Mirabdulla Abbasovla anlaşmanı yeniləyib.
Yeni müqaviləyə əsasən 26 yaşlı hücumçu daha 2 il ağ-qara formanı geyinəcək. Onun anlaşması 2023-cü il mayın 31-dək nəzərdə tutulub.
Abbasov “Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyunda meydana çıxıb. O, 20 qola imza atıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli və Mamadu Mbodjla yeni müqavilə bağlayıb.