Ana Sayfa > Karusel / Gündəm > "Yalnız bir yolumuz var idi - Qarabağı tədricən Azərbaycana qaytarmaq" - Paşinyan

"Yalnız bir yolumuz var idi - Qarabağı tədricən Azərbaycana qaytarmaq" - Paşinyan


8-06-2021, 14:37. Yazar: Admin
title

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhəd toxunulmazlığı məsələsini həll etmək üçün əvvəlcə Azərbaycan qoşunlarının “ölkə ərazisindən” çıxarılmalı olduğunu bildirib.

Qarabaginfo.az Qazet.az -a istinadən xəbər verir ki, bu barədə o, seçki öncəsi Arağatsavan (Alagöz - red.) kəndinə səfəri zamanı danışıb.

“Mən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin Sotk-Xoznavar (Zod-Xəzinəvar - red.) hissəsini güzgü prinsipi ilə tərk etmələrini, rus sərhədçilərinin və ya beynəlxalq müşahidəçilərin orada yerləşdirilməsini və beynəlxalq himayə altında delimitasiya və demarkasiya işləri aparmağımızı təklif etdim. Bu terminlərdən qorxmayın, çünki 21-ci əsrdə ayrılmış, müəyyən edilmiş sərhəd öz qalanızın ətrafına çəpər çəkmək kimi bir şeydir”, - Paşinyan qeyd edib.

Qarabağ məsələsinə toxunan Ermənistan lideri 1996-2018-ci illərdə mövcud olan danışıqların məzmununun yalnız bir çıxış yolu qoyduğunu və bunun Qarabağı tədricən Azərbaycana qaytarmaq olduğunu bildirib.

“İndi vəziyyət qəliz olsa da, Qarabağ məsələsini öz ideyalarımıza uyğun həll etmək üçün 4 il əvvəlkindən daha çox fürsətimizin olduğunu görürəm. Sadəcə iki şeyi deyə bilərəm. ATƏT-in Minsk Qrupu danışıqlar prosesini bərpa etməyə ehtiyac olduğunu qəbul edib. Bütün bu hadisələrdən sonra “xilas naminə ayrılma” qətnaməsinin həyata keçirilmə şansının xeyli artdığını düşünürük. Bu istiqamətdə iş aparmaq lazımdır".


Geri dön