“Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Dövlət məmuru ilk öncə insanla, vətəndaşla danışmağı öyrənməlidir. Deputatla danışanda üslublarına diqqət etsinlər. Əgər onlar buna əməl etməsələr, bundan sonra mən onların adlarını da çəkəcəyəm”.
Deputat onu da qeyd edib ki, Göytəpə arxeoloji parkı qurulmur:
“Bununla bağlı Prezidentin sərəncamı var. Niyə həmin sərəncam yerinə yetirilmir? Buna cavab verin!”
(Report)