Ana Sayfa > Karusel / Gündəm > Azad edilmiş ərazilərdə narkotik tərkibli bitkilər aşkar edilib

Azad edilmiş ərazilərdə narkotik tərkibli bitkilər aşkar edilib


8-06-2021, 10:10. Yazar: Admin
title

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Qarabaginfo.az-ın xəbərinə görə bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı rayonun Bəxtiyarlı kəndi ərazisində çəkisi 2 ton 200 kiloqram olan 4007 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin olunub.


Geri dön