Ana Sayfa > Karusel / Region > “20 iyundan sonra cəzalanacaqsınız!"-Paşinyan müxalifəti hədələdi...
“20 iyundan sonra cəzalanacaqsınız!"-Paşinyan müxalifəti hədələdi...7-06-2021, 22:07. Yazar: Admin |
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Armavir vilayətində təşviqat kampaniyası aparır.
Qarabaginfo.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Paşinyan çıxışlarında “seçkilərdə iştirak etmələri üçün ən əhəmiyyətli motivasiyanın xalqın ölkənin sahibi statusunu itirməməsi olduğunu” qeyd edib.
"Əminəm ki, iyunun 20-də Ermənistan vətəndaşı öz hakimiyyətini bərpa edəcək"- deyə o bildirib.
Paşinyan xalqla dürüst davrandığını vurğulayaraq deyib:
“Seçki kampaniyasını belə bir məntiqə uyğun aparan siyasi qüvvələr var ki, deyirlər: “Biz indi gəlirik, hakimiyyəti ələ keçirəcəyik!” Biz isə bunu bəyan edirik: “Xalq qərar verəcək!”
“Bəziləri iyunun 20-də və ondan sonra “qazanacaqlarını” söyləyirlər. "Biz isə deyirik ki, 20 iyundan sonra cəzanızı çəkəcəksiniz"- deyə Nikol Paşinyan müxalif opponentlərini hədələyib. (Moderator.az)
Geri dön |