Ana Sayfa > Karusel / Gündəm > Sabahdan Bakıda nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq

Sabahdan Bakıda nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq


7-06-2021, 21:37. Yazar: Admin

 

#

İyunun 8-də səhər saat 06:00-dan şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq.

Bakı Nəqliyyat Agentliyindən  Qarabaginfo.az-a verilən məlumata görə, qeyd olunan tarixdən 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də ləğv edilir.

"Bir daha bütün şəhər sakinlərinə məhdudiyyətlərin tətbiq edildiyi günlərdə göstərdikləri anlayış üçün təşəkkür edirik", deyə BNA-dan bildirilib.


Geri dön