Ana Sayfa > Karusel / Region > Türkiyədə son sutkada koronavirusdan 91 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 91 nəfər ölüb7-06-2021, 21:15. Yazar: Admin |
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 91 nəfər həyatını itirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 218 min 164 nəfər test edilib, onların 5 min 647-nin koronavirus testi pozitiv nəticə verib, 6 min 576 nəfər sağalıb, min 60 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır. Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 min 255 nəfər ölüb. Türkiyədə indiyədək 5 miyon 293 min 627 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 167 min 350 nəfəri müalicə olunaraq evə buraxılıb. (Apa) Geri dön |