Ana Sayfa > Karusel / Gündəm > Ermənistan zabiti Laçın və Kəlbəcərdə çoxlu sayda mina basdırdıqlarını etiraf edib
Ermənistan zabiti Laçın və Kəlbəcərdə çoxlu sayda mina basdırdıqlarını etiraf edib7-06-2021, 14:01. Yazar: Admin |
Ermənistan ordusunun zabiti, polkovnik Koryun Qumaşyan Laçın və Kəlbəcər rayonları ərazisində çoxlu sayda mina basdırdıqlarını etiraf edib. Qarabaginfo.az xəbər verir ki, onun məsələ ilə bağlı müsahibəsinin bir hissəsi tvitterdə yayılıb. “Mən və birləşməm Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina basdırmışıq, siz həmin minalara görə həmin ərazidə heç bir şey edə bilməzsiniz. Əsirlərimizi bizə qaytarın, onda mən də mina xəritəsini təqdim edərəm”, - o bildirib.(Report.az) Geri dön |