Ana Sayfa > Karusel / Təhsil > Prezidentin xüsusi nümayəndəsi Qarabağ Universiteti haqqında danışdı
Prezidentin xüsusi nümayəndəsi Qarabağ Universiteti haqqında danışdı7-06-2021, 12:29. Yazar: Admin |
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində yaradılacaq Qarabağ Universiteti haqqında açıqlama verib.
Qarabaginfo.az-ın xəbərinə görə, E.Hüseynov bildirib ki, Ağdam şəhərinin Baş Planında təhsil məhəlləsi üçün yer ayırlıb:
“Cənab Prezident artıq Ağdam şəhər 1 nömrəli məktəbin təməlini qoydu. Eyni zamanda Baş Planda nəzərdə tutulub ki, bölgədə böyük bir Qarabağ Universiteti məhs Ağdam şəhərində yaradılsın. Bununla yanaşı, müxtəlif texniki peşə məktəblərinin və liseylərinin də inşası nəzərdə tutulur. Bütün bunların konsepsiyası hazırda işlənilir və hazır olduqca ictimaiyyətə təqdim olunacaq”.
Report
Geri dön |