Ana Sayfa > Karusel / Qarabağ > Azad olunan ərazilərə ceyranlar buraxılacaq

Azad olunan ərazilərə ceyranlar buraxılacaq


7-06-2021, 09:03. Yazar: Admin

İşğaldan azad olunan ərazilərə ceyranların buraxılması prosesinin vaxtı məlum olub.

 

Qarabaginfo.az xəbər verir ki, bununu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.

 

O bildirib ki, ceyranlar həmin ərazilərə sentyabr ayından sonra buraxılacaq: "Hazırda ceyranların balalama mövsümüdür. Ona görə də biz iyun və iyul aylarını gözləmək məcburiyyətindəyik. Balalama mövsümü başa çatandan sonra məlum olacaq ki, ceyranların sayı nə qədərdir və hansı ərazilərə neçə ceyran buraxılacaq. Biz adətən bu prosesi sentyabr ayında həyata keçiririk. Sentyabr ayında artıq məlum olacaq ki, hansı ərazilərə, o cümlədən işğaldan azad olunan yerlərə nə qədər ceyran buraxılacaq".


Geri dön