Ana Sayfa > Karusel / Region > İyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır

İyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır


7-06-2021, 08:45. Yazar: Admin

 

İyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır

Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” iyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlara başlayır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə “Turkish Airlines” aviaşirkətinin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, reyslər həftədə iki dəfə yerinə yetiriləcək - çərşənbə axşamı və bazar günləri.

Hələ martin 31-də bilet almış “AnadoluJet”in sərnişinləri biletləri cəriməsiz dəyişə biləcəklər.


Geri dön