Ana Sayfa > Karusel / Hadisə > Tovuzda ağır yol qəzası: xəsarət alanlar var

Tovuzda ağır yol qəzası: xəsarət alanlar var


6-06-2021, 21:02. Yazar: Admin

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” və  “Rang Rover” markalı minik maşınları toqquşub. Qəza zamanı “Vaz 2106” markalı maşının sürücüsü, 2000-ci il təvəllüdlü İsmayıl Orxan Mehdi oğlu və “Rang Rover”in sürücüsü, 2000-ci il təvəllüdlü Mehralıyev Cavid İsgəndər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hər ikisinin vəziyyətinin orta-ağır olduğu bildirilir. Daha bir sərnişin-1987-ci il təvəllüdlü Şəmkir sakini Əliyeva Elnarə Qasım qızı da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön