Ana Sayfa > Karusel / İdman > Azərbaycan Qran-prisinin qalibi: "Maksa görə təəssüf hissi keçirirəm"
Azərbaycan Qran-prisinin qalibi: "Maksa görə təəssüf hissi keçirirəm"6-06-2021, 19:03. Yazar: Admin |
“Maksa görə təəssüf hissi keçirirəm. O, böyük yarış keçirdi, qələbəyə layiq idi”. Qarabaginfo.az xəbər verir ki, bunu “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi Serxio Peres deyib. “Red Bull”un pilotu Bakı trasında komanda yoldaşı Maks Ferstappenin qəzaya uğrayaraq mübarizəni dayandırmasına üzüldüyünü söyləyib: “Yekunda bizim üçün fantastik yarış oldu. İzləyicilər çox yaxın idi. Ancaq yarışı birinci pillədə bitirməyi bacardıq. Luis Hamilton məni çox təzyiqdə saxladı. Yarışın bərpasından sonra birinciliyi itirməyəcəyimdən əmin idim”. Qeyd edək ki, Azərbaycan Qran-prisində Sebastyan Fettel (“Aston Martin”) ikinci, Pyerr Qasli (“Alfa Tauri-Honda”) isə üçüncü yeri tutub. Geri dön |