Ana Sayfa > Karusel / Cəmiyyət > Bəzi rayonlara dolu yağacaq- Xəbərdarlıq

Bəzi rayonlara dolu yağacaq- Xəbərdarlıq


5-06-2021, 12:57. Yazar: Admin

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

 

Qarabaginfo.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyunun 05-i axşamdan 06-sı səhərədək Bakıda və Abşeron yarımadasında qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə iyunun 05-i axşamdan 07-si səhərədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Geri dön