Ana Sayfa > Karusel / İqtisadiyyat > Türkiyədə 135 milyard kubmetr təbii qaz ehtiyatı kəşf edilib
Türkiyədə 135 milyard kubmetr təbii qaz ehtiyatı kəşf edilib4-06-2021, 22:25. Yazar: Admin |
Türkiyənin Qara dəniz sahilində yerləşən, ən zəngin daş-kömür mədənləri olan Zonquldakda böyük miqdarda təbii qaz yatağı aşkar edilib. Qarabaginfo.az xəbər verir ki, bunu Zonquldakda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Filyos Limanının açılışı və təbii qaz emalı müəssisələrinin təməlqoyma mərasimində bildirib. Türkiyə ictimaiyyətinin səbirsizliklə gözlədiyi xəbəri açıqlayan R.T.Ərdoğan "Fatih" qazma gəmisinin Qaradənizin Şimali Sakarya yatağında “Amasra 1” quyusunda 135 milyard kubmetr qaz ehtiyatının kəşf edildiyini deyib. Qeyd edək ki, keçən ilin iyulunda "Fatih" qazma gəmisi vasitəsilə Qara dənizdə Türkiyə tarixində ən böyük qaz yatağı - 405 milyard təbii qaz ehtiyatı kəşf edilib. Geri dön |