Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İsrail səfiri Azərbaycan media mənsublarının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib
Ana Sayfa > Karusel / Siyasət > İsrail səfiri Azərbaycan media mənsublarının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib

İsrail səfiri Azərbaycan media mənsublarının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib


4-06-2021, 20:50. Yazar: Admin

 

#

 

İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün Kəlbəcərdə minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.

Qarabaginfo.az-ın xəbərinə görə, İsrail diplomatı bu barədə "Twitter"də bildirib.

"Kəlbəcərdə mina partlayışında iki jurnalistin həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız və düşüncələrimiz qurbanların ailələri ilə birlikdədir. Allah rəhmət eləsin", -deyə Corc Dik bildirib.

Xatırladaq ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb. (Apa)


Geri dön