Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb4-06-2021, 16:42. Yazar: Admin |
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47637 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5371 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 2465719, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1540259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 925460 təşkil edir. Geri dön |