“Azərbaycan əsgərləri ilə əlaqə yoxdur. Şurnux onlara təhvil verilə bilərmi? Düzü, artıq heç nəyə təəccüblənmirəm, hər şey mümkündür”.
Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu sözləri Şurnux kənd bələdiyyə sədri Akop Arşakyan deyib.
“Azərbaycanlılar gəlməmişdən əvvəl Şurnux bizim idi. Lakin nədənsə GPS ilə gəlib kəndi bölüşdürdülər və yarısını onlara verdilər. Artıq bir dəfə səhv etdik, evlərimizi tərk etdik, ancaq bu dəfə eyni səhvi təkrarlamayacağıq, bütün kəndi öz nəzarətimizdə saxlayacağıq", - Arşakyan qeyd edib.
Xatırladaq ki, 44 günlük müharibədən sonra aparılan delimitasiya və demarkasiya işləri nəticəsində Şurnux kəndində təxminən 11 ev Azərbaycana təhvil verilib.