Ana Sayfa > Karusel / Region / Kriminal > Füzulidə VAZ-la traktor toqquşdu: Ölən var

Füzulidə VAZ-la traktor toqquşdu: Ölən var


3-06-2021, 15:13. Yazar: Admin

 

Füzuli rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

İyunun 2-də saat 20 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində kənd sakini Elşad Hüseynovun idarə etdiyi VAZ-2101 markalı avtomobillə Kərimbəyli kənd sakini Ş.Süleymanovun idarə etdiyi “Belarus MTZ-80” markalı traktor toqquşub. 

Nəticədə E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.


Geri dön