“Heç kimə dəhliz verə bilmərik, bunu niyə etməliyik?”
Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Masisdə "Mənim şərəfim var" blokunun tərəfdarları ilə görüşdə deyib.
“Bölgədə kommunikasiyaların açılması üçün heç bir problem yoxdur, amma nə dəhlizi? Onlara dəhliz vermək məcburiyyətindəyik? Hansı kağızla, hansı razılaşma ilə, nə üçün? Mən belə bir razılaşmanın olmasından xəbərsizəm, indiki hakimiyyətə getsə, sizi əmin edirəm ki, hökumət heç bir dəhliz barədə düşünməyəcək. Dəhlizdən söhbət gedə bilməz. Bu dəhliz kimin nəzarəti altında olacaq? Ərazimizin bir hissəsini necə ayıra bilərik?”, - Sarkisyan bildirib.