Ana Sayfa > Karusel / Gündəm > İşğaldan azad edilən ərazidə narkotik aşkarlandı

İşğaldan azad edilən ərazidə narkotik aşkarlandı


3-06-2021, 10:40. Yazar: Admin
title

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində çəkisi 1 ton 200 kiloqram olan 1500 ədəd, Əliağalı kəndində isə çəkisi 20 kiloqram olan 50 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.


Geri dön