Ana Sayfa > Karusel / Hadisə > Təcili tibbi yardım avtomobili ahıl qadını vurdu
Təcili tibbi yardım avtomobili ahıl qadını vurdu3-06-2021, 08:09. Yazar: Admin |
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qarabaginfo.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Çağırışa gedən təcili tibbi yardım avtomobili "Yaşıl bazar"ın qarşısında yolu keçən 1953-cü il təvəllüdlü Abdullayeva Telli Tapdıq qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Geri dön |