Ana Sayfa > Karusel / Cəmiyyət > Deputatımız Türkiyəyə gedib

Deputatımız Türkiyəyə gedib


19-02-2018, 10:37. Yazar: Admin

 

 

 

Milli Məclisin deputatı Elman Məmmədov Türkiyəyə səfərə gedib.

"Qarabaginfo" xəbər verir ki, Milli Məclisdən "Trend.az" verilən məlumata görə, deputat fevralın 19-dan 28-dək Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.

Millət vəkili Ankaranın Qızılcahamam, Keçiörən, Altındağ bələdiyyələrində, Kastamonu Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimlərində iştirak edəcək.

Deputatımız, həmçinin Ankarada fəaliyyət göstərən Qazi və Yıldırım Beyazit Universitetlərində Xocalı qətliamına həsr olunmuş elmi konfrans və rəsm sərgisinə qatılacaq.

Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi zamanı erməni silahlıları tərəfindən dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini əks etdirən foto və sənədlərdən ibarət sərgi təşkil olunacaq. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Qəhrəman iştirak edəcək.


Geri dön