Sabahdan prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.
"Qarabaginfo"un "Apa.az"a istinadən məlumatına görə, Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizəd, siyasi - partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-da prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir.
Aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.