Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda hava limanında vəzifəli şəxslər arasında dava olub

Azərbaycanda hava limanında vəzifəli şəxslər arasında dava olub


2-06-2021, 17:14. Yazar: Admin

Azərbaycanda hava limanında vəzifəli şəxslər arasında dava olubGəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.

Qarabaginfo.az-ın xəbərinə görə, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib.

A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.

İnsidentə polis müdaxilə edib.

Hazırda fakt araşdırılır.


Geri dön