Türkiyənin Bitlis əyalətində PKK-ya qarşı əməliyyat zamanı təhlükəsizlik xidmətinin 1 əməkdaşı həlak olub.
Qarabaginfo.az xəbər verir ki, hadisə Tatvan rayonu ətrafında qeydə alınıb.
Əməliyyat zamanı baş verən atışmada daha 5 jandarm əməkdaşı yaralanıb. Yaralılar Tatvan Dövlət Xəstəxanasına çatdırılıb.
Hazırda bölgədən qaçan terrorçuların zərərsizləşdirilməsi üçün havadan dəstək verilməklə əməliyyat aparılır.