Ana Sayfa > Karusel / Sosial > Şəhərətrafı dəmir yollarında təmassız ödəniş sistemi tətbiq olunub

Şəhərətrafı dəmir yollarında təmassız ödəniş sistemi tətbiq olunub


2-06-2021, 12:21. Yazar: Admin

 

#

Bu gün "Visa" beynəlxalq şirkəti "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlığı, şəhərətrafı dəmir yollarında təmassız ödəniş sisteminin tam şəkildə istifadəyə verilməsini elan edib.

Qarabaginfo.az xəbər verir ki, artıq Bakı və Sumqayıt şəhərləri arasında ən sürətli sərnişin daşımalarını təmin edən və sərnişinlərin geniş istifadə etdikləri Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankı tərəfindən buraxılmış kartların sahibləri üçün təmassız ödəniş etmək mümkündür. Sərnişinlər gediş haqlarını təmassız ödəniş kartları və üzükləri vasitəsilə rahat və təhlükəsiz ödəyə bilərlər . Hazırda Abşeron dairəvi dəmir yolunun 14 stansiyasının hamısında hər iki istiqamətdə təmassız oxuyucu cihazlar ilə təchiz edilmiş turniketlər quraşdırılıb. Azərbaycan Dəmir Yollarında təmassız ödəniş sisteminin qurulması həm elektron ödənişlərin qəbulu, həm də ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi baxımından strateji əhəmiyyətə malikdir . Çünki bu addım sərnişinlərin ödəmə təcrübəsini yaxşılaşdırmaqla yanaşı , sərnişin daşımalar operatoru nəqliyyat sistemini daha səmərəli idarə etməyə imkan verəcək Sözügedən layihənin bir hissəsi olaraq, dairəvi dəmir yolunun bütün stansiyalarında yerləşdirilmiş 27 biznes terminalı vasitəsilə sərnişinlər təmassız şəkildə əlavə ödəniş edərək biletlərin kateqoriyasını biznes sinfinədək yüksəldə bilərlər. Sərnişin tərəfindən ödənilən tarif məsafədən asılıdır – gediş haqqı sərnişinin keçdiyi stansiyaların sayına əsasən avtomatik hesablanır. Beləliklə, sərnişinlər gediş haqlarını tez , rahat və təhlükəsiz qaydada ödəyirlər. Nəqliyyat operatoru isə təmassız ödənişlər sayəsində sərnişinlərin qeydiyyatı və daşınması proseslərini optimallaşdırılması, eləcə də əlaqədar xərcləri azaldır 

Bu mühüm infrastruktur layihəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. Layihənin icrası Üçün əsas xidmət təchizatçısı olan "Azərbaycan Dəmir Yolları" QSC, layihənin ekvayeri Azərbaycan Beynəlxalq Bank , Ödəniş xidmətlərinin təchizatçısı "IBA Group", sistemlərin inteqratoru va proqram təminatı idarəedici qismində "RBC Consulting", bank prosessoru olan "AzerCard" və texnoloji tərəfdaş qismində "Visa" öz səylərini birləşdiriblər. (APA)


Geri dön