Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Belçikaya səfər edib.
Qarabaginfo.az Virtualaz.org-a istinadən bildirir ki, Paşinyan bu gün Brüsseldə görüşlərə başlayacaq. Onun səfər gündəliyinə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Belçikanın baş naziri Aleksandr de Kro ilə danışıqlar daxildir.
Qeyd edək ki, iyunun 1-də Nikol Paşinyan Fransada işgüzar səfərdə olub. O, prezident Emmanuel Makron, Milli Yığıncağın spikeri Rişar Ferran, Senat sədri Jerar Lapşe, eləcə də erməni icmasının nümayəndələri ilə görüşüb.