Ana Sayfa > Karusel / Hadisə > Abşeronda İNTİHAR: Kişi özünü 14-cü mərtəbədən ATDI

Abşeronda İNTİHAR: Kişi özünü 14-cü mərtəbədən ATDI


2-06-2021, 09:56. Yazar: Admin
Abşeronda İNTİHAR: Kişi özünü 14-cü mərtəbədən ATDI

 

Abşeronda intihar hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.

Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.


Geri dön