Ana Sayfa > Karusel / Gündəm > "İllər keçdi, Minsk qrupu Azərbaycan - Ermənistan problemini həll edə bilmədi" - Ərdoğan

"İllər keçdi, Minsk qrupu Azərbaycan - Ermənistan problemini həll edə bilmədi" - Ərdoğan


2-06-2021, 09:55. Yazar: Admin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT1 və TRT Haber telekanallarının ortaq yayımının qonağı olub.

 

Qarabaginfo.az xəbər verir ki, efirdən bir sıra maraqlı açıqlamalar verən dövlət başçısı Türkiyə - ABŞ münasibətləri, qondarma "erməni soyqırımı", həmçinin Qarabağ məsələsinə də toxunub.

 

R.T.Ərdoğan qondarma "erməni soyqırımı"nı ABŞ-la Türkiyə arasında münasibətlərin soyumasında başlıca amil olaraq qiymətləndirib.

 

“Münasibətlərimizdəki gərginliyin səbəbi qondarma "erməni soyqırımı"dır. Artıq bezdik. Hər dəfə 24 aprel gəldikdə, ABŞ nə deyəcək? İmkan verin bu işi tarixçilər görsün, antropoloqlar çalışsın. Bütün bu çalışmalardan sonra biz siyasətçilər olaraq, üzərimizə düşənləri edək. Ortada heç nə yox ikən, bu məsələni gündəmə gətirirsiniz".

 

Ərdoğan Qarabağ probleminə də toxunub:

 

"İllər keçdi, Minsk qrupu Azərbaycan - Ermənistan problemini həll edə bilmədi. Minsk qrupu illərdir Qarabağ problemini həllə edə bilmədi. Sonda Azərbaycan öz göbəyini özü kəsdi”.


Geri dön