Ana Sayfa > Karusel / Gündəm > Ermənistan danışıqları pozub - Üçtərəfli komissiya işini DAYANDIRIB
Ermənistan danışıqları pozub - Üçtərəfli komissiya işini DAYANDIRIB1-06-2021, 11:29. Yazar: Admin |
Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli komissiya işini dayandırıb. Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə parlament brifinqində çıxışı zamanı baş nazirin müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan bildirib. O, regional kommunikasiyaların, o cümlədən nəqliyyatın açılması üçün fəaliyyətə başlayan komisisyanın işini dayandırma səbəbini də açıqlayıb.
“Effektiv və məhsuldar iş üçün müvafiq fon lazımdır. Sərhəddə belə bir vəziyyətdir, düşünmürəm ki, bu şəraitdə konstruktiv dialoq mövcud ola bilər. Hazırda bu xəttə kontaktlarımız kəsilib, görək qarşıda nə olur. Sonuncu insidentdən sonra Azərbaycan tərəfi ilə əlaqə yoxdur”. Xatırladaq ki, Üçtərəfli komissiyaya Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri Şahin Mustafayev, Mqer Qriqoryan və Andrey Belousov daxil idi. Geri dön |