Ana Sayfa > Karusel / Siyasət > Dmitri Medvedev: “Qərblə münasibətlər kəskin pisləşib”
Dmitri Medvedev: “Qərblə münasibətlər kəskin pisləşib”1-06-2021, 07:19. Yazar: Admin |
Sputnik/Scanpix
“Son illərdə Rusiyanın ABŞ və Avropa İttifaqı da daxil olmaqla Qərb ölkələri ilə münasibətləri kəskin şəkildə pisləşib”. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini, Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedev “Kommersant” qəzetinə verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiyanın bütün ölkələrlə sabit, yaxşı qonşuluq və qarşılıqlı fayda verən münasibətlərə ehtiyacı var: “Ancaq sual partnyorlarımızın hansı mövqeyə sadiq qalmasıdır. Son illərdə bu münasibət kəskin şəkildə pisləşib. Və bu bizim təşəbbüsümüz deyildi. Bu gərginlik dünyadakı ümumi vəziyyət üçün də pisdir. Düşünürəm ki, iqtisadi baxımdan hamının çox şey itirməsi müsbət hal deyil”. (Report) Geri dön |