Ana Sayfa > Karusel / Region > Rusiyada tarixi binada yanğın olub

Rusiyada tarixi binada yanğın olub


1-06-2021, 07:17. Yazar: Admin

#

Rusiyanın Tambov bölgəsində Mədəni İrs Obyektlərini Qoruması Departamentində qeydiyyatda olan tarixi tikilidə yanğın baş verib.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, yanğın məşhur memar Teofil Sverçevskiyə məxsus malikanədə qeydə alınıb.

Binanın 200 kvadratmetri yanıb. Yanğının söndürülməsi 4 saatdan çox vaxt aparıb.

Qeyd edək ki, Lermontovskaya 22 ünvanında yerləşən malikanə 20-ci əsrin əvvəllərində tikilib və memarlıq abidəsi statusuna malikdir.

Hazırda bina şəhər rəhbərliyinə məxsusdur.


Geri dön