Ana Sayfa > Karusel / Hadisə > "Lider” televiziyası və radiosu bağlanıb

"Lider” televiziyası və radiosu bağlanıb


1-06-2021, 07:15. Yazar: Admin

 

#

 

“Lider” televiziyasının və radiosunun yayımı dayandırılıb.

Qarabaginfo.az xəbər verir ki, Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq, "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.

Bununla əlaqədar "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımı 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.


Geri dön