Ana Sayfa > Karusel / Gündəm > Arvadını öldürən hakimlə bağlı cinayət təqibinin həyata keçirilməsinə razılıq verilib
Arvadını öldürən hakimlə bağlı cinayət təqibinin həyata keçirilməsinə razılıq verilib31-05-2021, 23:10. Yazar: Admin |
Bu gün Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib. Məhkəmə-Hüquq Şurasından Qarabaginfo.az-a verilən məlumata görə, iclasda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov barədə cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına baxılıb. İclasda iştirak edən Baş prokurorun birinci müavini Elçin Məmmədov məlumat verib ki, Pərvanə Əhmədovanın qətli ilə bağlı Baş Prokurorluq tərəfindən başlanılmış cinayət işi üzrə toplanmış materiallara əsasən, onun əri, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov şübhəli şəxs qismində tutulub və barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Şuraya müraciət edilib. Hazırda cinayətin törədilmə səbəbi, şəraiti və iş üzrə digər mühüm hallar araşdırılır. Məhkəmə-Hüquq Şurasının iclasında təqdimatın təmin edilməsi qərara alınıb. (APA) Geri dön |