“Hazırda yüzlərlə əsgərin cəsədi Abovyan Vərəm Xəstəxanasının morqunun döşəməsində, plastik torbalara bükülmüş vəziyyətdə saxlanılır".
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Mediaport” teleqram kanalı yazıb.
“Hazırda əsgər valideynləri meyitxanaya daxil olmağa çalışırlar, ancaq polis orada heç bir cəsədin olmadığı barədə yalan danışaraq girişi bağlayıb. Fotoşəkillər bir neçə dəqiqə əvvəl xəstəxanadan göndərilib”, - deyə kanalın məlumatında qeyd edilib.(Qazet.az)