Ana Sayfa > Karusel / Gündəm > Azad olunan ərazilərdə daha 104 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 104 mina aşkarlanıb


31-05-2021, 15:05. Yazar: Admin
title

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik statistikanı açıqlayıb.

ANAMA-dan Qarabaginfo.az-a verilən məlumata görə, mayın 24-dən 29-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 14 mina və 75 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 783 989 m² (178 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Geri dön