Ana Sayfa > Karusel / Gündəm > "Açıq havada qaydalara riayət etməklə toy etmək olar"

"Açıq havada qaydalara riayət etməklə toy etmək olar"


31-05-2021, 11:50. Yazar: Admin

 

“İnsanlar xahiş edirlər ki, 100 nəfərlə toylar keçirilsin”

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva teatrların və açıq havada toy şənliklərinin keçirilməsinə icazə verilməsiylə bağlı Operativ Qərargaha çağırış edib. 

Qarabaginfo.az xəbər verir ki, Q. Paşayeva parlamentdə bildirib ki, COVİD-19 pandemiyası ilə mübarizə vacib məsələlərdən biridir: “Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik. Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır. Bunlar hamısı qaydalara əməl etməklə həyata keçiriləcək. 

Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir. Digər tərəfdən, insanlarımız çox xahiş edirlər ki, açıq havada 100 nəfərin iştirakçı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çox insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar. Çünki 1 ildən çoxdur ki, toylara icazə verilmir”.


Geri dön