Ana Sayfa > Karusel / Siyasət > Kamran Əliyevlə Türkiyə Ali Məhkəməsinin Baş prokuroru hüquqi əməkdaşlığa dair memorandum imzalayıb
Kamran Əliyevlə Türkiyə Ali Məhkəməsinin Baş prokuroru hüquqi əməkdaşlığa dair memorandum imzalayıb31-05-2021, 11:18. Yazar: Admin |
Azərbaycanla Türkiyə arasında daha bir anlaşma memorandumu imzalanıb. Qarabaginfo.az xəbər verir ki, Azərbaycanın Baş Prokurorluğunda Baş prokuror Kamran Əliyevlə Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin arasında keçirilən görüşdə iki ölkə arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb. Mərasimdə ölkələr arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub. Geri dön |