Ana Sayfa > Karusel / Siyasət > Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılması barədə tapşırıq verib
Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılması barədə tapşırıq verib31-05-2021, 10:44. Yazar: Admin |
Mayın 31-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a bildirilib ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub. General-polkovnik Z.Həsənov son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaranmış vəziyyəti təhlil edib. O, əməliyyat şəraiti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını və qarşıya qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdırıb. Xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı məsələləri xüsusi qeyd edən müdafiə naziri düşmən təxribatlarının qarşısının alınması ilə bağlı azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin komandanlığına qətiyyətli addımların atılması və çevik tədbirlərin görülməsini tapşırıb. Geri dön |