Ana Sayfa > Karusel / Sosial > Bakı Metropolitenində sərnişindaşıma bərpa edilib 

Bakı Metropolitenində sərnişindaşıma bərpa edilib 


31-05-2021, 07:20. Yazar: Admin

Bakıya daha bir yeni metro qatarı gətirilib

 

 

Bu gündən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edir.

Qarabaginfo.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması nəzərdə tutulub.

 


Geri dön