Ana Sayfa > Karusel / Dünya > Bayden Putinlə müzakirə edəcəyi mövzunu açıqladı

Bayden Putinlə müzakirə edəcəyi mövzunu açıqladı


30-05-2021, 21:34. Yazar: Admin

ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Rusiyada insan hüquqlarına riayət olunması mövzusunu qaldırmaq niyyətindədir. Bu barədə “RİA Novosti” məlumat yayıb.

"Mən ona bu hüquqları pozmasına imkan verəcək mövqedə dayanmayacağımızı anladacam", - ABŞ rəhbəri Amerikanın milli bayramı, Xatirə günü münasibəti ilə çıxışı zamanı deyib.

ABŞ və Rusiya prezidentlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək. Dövlət başçılarının strateji sabitlik, pandemiya ilə mübarizə, beynəlxalq çağırış və regional münaqişələri müzakirə edəcəkləri gözlənilir.


Geri dön