Ana Sayfa > Karusel / Kriminal > Şəmkirdə oğlu ilə mübahisə edən qadın özünü asıb

Şəmkirdə oğlu ilə mübahisə edən qadın özünü asıb


29-05-2021, 10:22. Yazar: Admin
Şəmkirdə oğlu ilə mübahisə edən qadın özünü asıb

Şəmkir rayonunda 41 yaşlı qadın özünü ağacdan asaraq intihar edib.

Qarabaginfo.az xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

Şəmkir rayon sakini, 41 yaşlı Samirə Quliyeva yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib. Onun meyiti qaynanası tərəfindən aşkarlanıb.

İlkin məlumatlara görə, qadın oğlu ilə mübahisə edib və daha sonra özünü asıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. (Report)


Geri dön