Ana Sayfa > Karusel / Dünya > Türkiyədə Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Türkiyədə Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb


29-05-2021, 00:34. Yazar: Admin

 

Türkiyədə Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Türkiyənin paytaxtı Ankaranın Atakule qülləsi 28 May Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün tvitter- dəki hesabında bildirib.

İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub. Eyni zamanda qüllənin rəngli tablosunda “Azərbaycanın milli günü mübarək olsun!” təbriki yazılıb.

Qeyd edək ki, Atakule qülləsi Ankaranın rəmzi hesab edilir.


Geri dön