Ana Sayfa > Karusel / Gündəm > “Azərsu”yun əməkdaşı iş yerində intihar etdi

“Azərsu”yun əməkdaşı iş yerində intihar etdi


28-05-2021, 15:10. Yazar: Admin

 

“Azərsu”yun əməkdaşı iş yerində intihar etdi

 

Saatlı rayonunda intihar hadisəsi baş verib.

Qarabaginfo.az Report-a istinadən xəbər verir ki, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı - 62 yaşlı Rzaxan Alışov intihar edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 4 nömrəli Regional Sukanal İdarəsi "Azərsu" ASC-nin strukturuna daxildir.


Geri dön