Türkiyənin "Qalatasaray" klubu 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
Qarabaginfo.az-ın məlumatına görə, bununla bağlı İstanbul təmsilçisinin rəsmi feysbuk səhifəsində türk və azərbaycanca paylaşım edilib.
"Dost və qardaş ölkə Azərbaycanın Respublika Günü mübarək olsun", - paylaşımda qeyd olunub.