Ana Sayfa > Karusel / Gündəm > "Ter-Petrosyan deyir ki, Qarabağı Azərbaycana verək, mövzunu bağlayaq" - Paşinyan

"Ter-Petrosyan deyir ki, Qarabağı Azərbaycana verək, mövzunu bağlayaq" - Paşinyan


28-05-2021, 12:39. Yazar: Admin
title

"Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyanın Qarabağ məsələsinin həllinə dair fikri budur: Gəlin Qarabağı tamamilə Azərbaycana verək və bu mövzunu bağlayaq".

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

Dünən Ermənistan İctimai Televiziyasında çıxış edən Ter-Petrosyan münaqişənin həlli təklifindən danışaraq bunları deyib: “İlkin mərhələdə Laçın dəhlizini qoruyaraq Laçın və Kəlbəcəri geri qaytarmalıydıq. O halda Laçın dəhlizi indiki kimi 4 km-lik deyil, ən azı 22 km olacaqdı”.

Paşinyan isə keçmiş hakimiyyət orqanlarının heç birinin onları ittiham etmək üçün mənəvi və ya siyasi haqqının olmadığını vurğulayıb.(Qazet.az)


Geri dön