Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Metrodan istifadə necə olacaq? - QAYDALAR
Metrodan istifadə necə olacaq? - QAYDALAR28-05-2021, 12:01. Yazar: Admin |
![]() “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı açıqlama yayıb. Qarabaginfo.az-a daxil olan məlumatda deyilir: "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə məlumat yayıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli 395 №-li Qərarı ilə 2020-ci il oktyabrın 19-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb. Qurumun 2020-ci il 28 oktyabr (№ 427), 19 noyabr (№ 450) və 8 dekabr (№ 488), 2021-ci il 16 yanvar (№ 9) və 19 mart (№72) qərarları ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılmasının müddəti uzadılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, 31 may 2021-ci il saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur. Yeni növ koronavirus (“COVID-19”) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək. Qeyd edilənləri əsas götürərək, metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır: Sərnişinlərə tələblərə dair 1. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar; Ölkəmizdə xüsusi karantin rejimi müddətinin və koronavirus təhlükəsinin davam etdiyi dövrdə Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa olunsa da, “Bakı Metropoliteni” QSC bir daha sərnişinlərinə müraciət edərək, metropolitendən istifadə qaydalarına, metodiki göstəriş və sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə, diqqətli olmağa çağırır. Unutmayaq, koronavirus təhlükəsinə yalnız birlikdə güclü olub qalib gələ bilərik". Geri dön |