Böyük çaxnaşmalar və dağıdıcı kataklizm, xalqların böyük köçü və uzun sürən qanlı müharibələr dövrü başladı. Sistemin bu nəhəng çöküşü, onun dağıntıları altında bütöv xalqlar qaldılar və siyasətin doğuluşu, onun dərkində ictimai və qızğın həyat başladı.
SSRİ-ni dağıdan müharibə
Həqiqət anı! Qarabağda müharibənin sonuncu payızı gəlib çatdı və Anna Axmatovanın sözləri ilə desək, atəş səsləri yeni efirdə, ötən əsrin böyük geosiyasi fəlakətinin yeni, şüurlu şəkildə yenidən dəyərləndirilməsi fonunda öləzidi. Yüksək şüur düşünüb-daşındı, xalqları çıxış nöqtəsinə qaytardı. Son illərdə doğulmuş sarsılmaz əminlik tarixi məntiqi qorxu saçırdı-xalqların yuyulub silinməsi mümkün olmayan qanına batanlar geriyə dönüşü olmayan nöqtəyə gəlib çatdılar və dəfedilməz etnik uyğunsuzluğun daş dövrü geosiyasi reallıqları ilə məcmusu bizi tarixi tsuqvanqa apardı.
Və kimin ağlına gələ bilərdi ki, yeni Avrasiya yanğını-Ermənistana qədər gedib çatan ümumdünya permanent rəngli inqilab dalğası, MDB məkanı üçün yeganə həyat qabiliyyətli modeli-cari-avtokratik, amma ağlabatan şəkildə stabil olan idarəçilik sistemini dağıdan inqilab, dünyada hökm sürən, bir anın içində qlobalizm və universallıq dəyərlərinə əsaslanan dünyanı dəfn edən yeni sistem böhranı bir anın çində Qarabağda yeni müharibəni qaçılmaz və qarşısıalınmaz edəcək? İkinci müharibə 1988-ci ilin status-kvosunu bərpa etdi, daha dəqiq və ədalətli desək,-tərəflərin 1992-ci ildəki vəziyyətini. Ermənilər yenə orada, yaşadıqları yerdə qaldılar, azərbaycanlılar isə yaşadıqları yerə qayıdacaqlar. 1992-ci ildə, 1988-ci ildə olduğu kimi, bizi yenə Rusiya kordonu ayırdı. O vaxta qədər ayıracaq ki, biz yenidən birlikdə və bir evin içində yaşamağı öyrənəcəyik. Bizdə başqa cür alınmır, nə ilk respublikaların yarandığı dövrdə, nə də qəfil qazandığımız və itirilmiş müstəqilliyin bərpası zamanlarında.
Baltalar və tüfənglər bizi tarixi tsuqvanqa apardı...
Azərbaycanın nöqteyi-nəzərincə, baş verənlər nəinki tarixi ədalətin bərpasıdır, eyni zamanda baltalarla , daha sonra rus tüfəngləri ilə silahlanmış sərsəm “miatsum” ideyası tərəfdarlarına əzəli və dünya tərəfindən tanınan Azərbaycan torpaqlarını udmağa imkan verməyən hüdudsuz siyasi qələbədir.
Ermənistanın tarixi mübarizəsi anlamında isə baş verənlər erməni xalqının bir əsrlik mübarizəsinin böyük, əsl və birdəfəlik məğlubiyyətidir. Milli fəlakətdir. Seçilmiş yolun yanlış və pis yol olmasının dərkidir. Lakin irəlidə hələ onları törətdiklərini yenidən düşünüb dərki və dəyərlərin yenidən qiymətləndirilməsi gözləyir. Bu, dünya tarixində yaponların və almanların yaşadığı bəlli sindromdur, günahların dərkidir, tarixi səylərin hədər getməsinin anlaşılmasıdır, təhriflərsiz və illüziyalarsız yeni tarixi yaddaşın formalaşmasıdır.
Yenə rus kordonu, nə qədər ki, bir yerdə yaşamağı öyrənməyəcəyik...
Erməni xalqını qarşıda hələ böyük sarsıntılar və məsuliyyətin dərki gözləyir, erməni xalqının mənəvi atası Levon Ter-Petrosyanın sözləri ilə desək, hər üç rejim-Köçəryan, Sərkisyan və Paşinyan bu milli faciədə günahkardırlar. Lakin baş verənlərin bu yenidən dərki “tükənməz yasa” və ermənilərin yeni nəslinin hələ yazılmamış ağ səhifələri fonunda “güzgülərin sındırılmasına” gətirib çıxarmalı deyil. Bu milli fəlakətin yeni mifoloji interpetasiyası yeni əzablara və məyusluqlara, antikatarsisə, Brextin teatrının sözləri ilə desək, “yadlaşma effektinə” gətirib çıxaracaq.
Ermənilər öz baş nazirlərinin kabinetlərinə basqın ediblər...
Bəs Azərbaycan cəmiyyəti üçün hansı yol keçilib?
Baltikyanı ölkələrdən, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstandan fərqli olaraq Azərbaycanda islahatlar, iqtisadi suverenlik və milli müstəqillik uğrunda hərəkat Qarabağ uğrunda xalq hərəkatı ilə başlayıb. Sovet Azərbaycanın oyuncaq və infantil rəhbərliyinin erməni separatçılığının sonradan silahlı münaqişəyə çevrilən ilk təzahürlərinə simmetrik, təsirli və sərt müqaviməti təşkil edə bilməməsi böyük ictimai və siyasi etirazlara səbəb oldu, hakimiyyətə alternativ olaraq erməni “miatsumuna” qarşı fəaliyyət göstərən sosial institutları yaratdı.
Moskvanın isə münaqişəni lokallaşdırmaq və separatçılıq səylərinin qarşısını almaq istəyinin olmaması bu xalq hərəkatını öz milli dövlətini qurmaq uğrunda antisovet hərəkatına çevirdi. Bütün Azərbaycan cəmiyyətinin dəstəklədiyi Xalq Cəbhəsi belə yarandı və bu təşkilat erməni separatçılığına, Yerevanın Teatr meydanında Qarabağın Ermənistana birləşdirilməsi üçün başladılan hərəkata qarşı çıxan əsas qüvvə oldu. 1989-cu ilin sonlarından etibarən Qarabağ məsələsi AXC-nin gündəmində ikinci plana keçdi və öz yerini sonradan Azərbaycan üçün böyük fəlakətlə nəticələnən hakimiyyət uğrunda silahlı mübarizəyə verdi. Daxili siyasi ehtiraslar, hakimiyyət uğrunda mübarizə və kapital Qarabağın müdafiəsi naminə milli qüvvələrin yaranması ideyasının özünü eybəcərləşdirdi.
Onlar infantil hakimiyyətlə birlikdə gəlmişdilər...
Xalq hərəkatında ziyalı-liberallar yeganə məqsədləri hakimiyyəti ələ keçirmək olan qaragüruh, saqqalı və savadsız kütləyə uduzdu. AXC deqradasiyaya uğrayıb Bakıda erməni poqromları törətməklə, Qarabağdakı erməni etnik azlığının kökünü kəsməklə, Rusiya və İranla tarixi müharibə ilə hədələyən mariginal və milli-ekstremist qüvvəyə çevrildi. Kənd mədəniyyəti Bakının küçələrindən şəhər mədəniyyətini sıxışdırıb çıxardı. Azərbaycan bu günkü Ermənistanın vəziyyətinə düşdü-tüğyan edən xaos yeni yaranan dövlət institutlarını dağıtdı, mərkəzdənqaçma və anarxiya siyasi sistemin dağılmasını və iqtisadiyyatın çökməsini şərtləndirdi.
Lakin Azərbaycanın bu günkü Ermənistandan fərqli olaraq bəxti bir məsələdə gətirdi-ölkədə regional miqyaslı siyasətçi və dövlət adamı Heydər Əliyev hakimiyyətə gəldi, o, mümkün olmayanı edə bildi-qısa müddətdə ölkəni tam kollapsdan xilas etdi. Ancaq dövləti yenidən quran H.Əliyev digər siyasi oxşarı Şevardnadzedən fərqli olaraq Qarabağ problemini milli gündəmin əsas məsələsi olaraq qoruyub saxladı. Bundan əlavə, Əliyev digər istedadlı və ağıllı siyasətçi-Ermənistanın prezidenti Levon Ter-Petrosyanla birlikdə münaqişənin həllinə dair tarixi qərara yaxınlaşdılar. Misli görünməmiş tarixi nəaliliyyət, sözün əsl mənasında ikinci Kemp-Devid modeli (Balkanlara sülh gətirən Kemp-Devid danışıqları) , “ərazilərin qaytarılması əvəzində sülh” variantı Yeltsin elitası və Primakov xüsusi xidmət orqanları tərəfindən qızışdırılan Qarabağ səhra komandirlərinin klanı tərəfindən pozuldu...
Onlar Böyük sülhə necə də yaxın idilər...
Lakin hər halda 1993-cü ilin yayından Qarabağın 2020-ci ildəki son payızına qədər Heydər Əliyev, ondan sonra İlham Əliyev dəfələrlə problemin ədalətli tarixi həllinə yaxınlaşmışdılar. Azərbaycan üçün məsələnin həmin ədalətli tarixi həlli üçün nə edilib və daha nə edilməlidir? Bu vəziyyət şübhəsiz ki, 1988-ci il status-kvosudur. Qarabağ erməniləri öz yaşadıqları yerlərdə qalırlar, amma Azərbaycanın tərkibində. Problemin başqa ədalətli və qanunauyğun həlli yoxdur. Nəhayət Azərbaycan olduqca güclü hibrid müharibə ilə tarixi ədaləti bərpa etdi. İlham Əliyev və Nikol Paşinyan açıq bəyan etdilər ki, ümumqafqaz evinin tarixində yeni səhifə açacaq sülh razılaşmasının bir addımlığındadırlar. Axı bir vaxtlar Heydər Əliyev vahid, stabil və çiçəklənən Qafqaz ideyasını təbliğ edirdi. Elə ideyanı ki, birinci Respublikanın qurucu-ataları tərəfindən irəli sürülmüşdü. Elə ideyanı ki, erməni işğalçılığı ötən əsrin əvvəllərində daşnaklar tərəfindən Azərbaycana və Gürcüstana qarşı ərazi müharibələri başlatmaqla dəfn etmişdi.
Azərbaycanın tarixi nailiyyəti-ədalətli sülh
Nəinki Ermənistanda, eləcə də Azərbaycanın özündə Qarabağdakı bu tarixi qələbəni biabırçı kapitulyasiya hesab edən milli-ekstremist qüvvələr baş qaldırıblar. Bəli, bəli, bu uydurma deyil, bu günün biabırçı və alçaldıcı reallığıdır. Milli Şuranın liderləri, həmin milli-ekstremist cəbhəni eynilə xatırladan, Elçibəy dövrü parkının hələ də nəsilləri tükənməyən mamontları və dinozavrları-Əli Kərimli və Cəmil Həsənli, habelə bu retroqrad duetinə sonradan qoşulmuş opportunist “qırmızı yapoçka” Gültəkin Hacıyeva 10 noyabr üçtərəfli razılaşmasını Azərbaycanın məğlubiyyəti adlandıraraq keçmişdən gələn elçibəyçi səsləri yenidən canlandırırlar. Bundan əlavə, Paşinyanla və Köçəryanla həmrəylik nümayiş etdirərək bu siyasi boşboğaz yığını Azərbaycan hökumətinin Ermənistanla dövlət sərhədlərinin delimitasiyasına dair gördüyü tədbirləri qınayırlar (!!!) Və Azərbaycan qoşunlarını Zəngəzurda tutduğu mövqelərdən geri çəkməyə çağırırlar.
Dejavyu! Bu çağırışlar AXC-nin 1991-ci ilin mayında Mütəllibov hökumətinə qarşı səs-üylü ittihamını necə də xatırladır. AXC liderləri Pribaltikada səs-küylü mətbuat konfransı təşkil edərək Azərbaycan KQB-sinin və OMON-un sovet qoşun bölmələri ilə birlikdə Çaykənddə erməni saqqallılarına qarşı həyata keçirdiyi məşhur “Üzük” əməliyyatını qınamışdılar. AXC Azərbaycan hökumətini “dinc erməni əhalisini deportasiya etməkdə” günahlandırmışdı!
Yerevandakı Teatr meydanının varisi Vazgen Manukyan
Bu dönüklük nə ilə motivasiya olunur? Milli Şura AXC-nin qalıqları ilə birlikdə bunu dərk edir ki, tarixi qələbədən və Qarabağ məsələsinin birdəfəlik həllindən sonra siyasi zəmin onların ayaqlarının altından sürüşüb gedir. Hakimiyyət uğrunda mübarizədə uğur qazanmağa yönəlmiş sonuncu xəyallar da boşa çıxır. 1991-ci ildə olduğu kimi. 20 yanvar iflasından və “Üzük” əməliyyatından sonra sosial dəstəyini itirən AXC ilk dəfə Xocalı faciəsindən sonra ayaqları altında bərk zəmin hiss etmişdi. Yalnız milli məğlubiyyət siyasi qələbələrə yol açır, onların düşüncəsində bu belədir.
Milli-ekstremizmin varisi Cəmil Həsənli
Azərbaycanı tarixi paytaxt Şuşa ilə birlikdə 1988-ci ilin reallıqlarına qaytaran İlham Əliyevi daha nədə günahlandırmaq və qınamaq olar? Axı əsrarəngiz Şuşa sözü, Qarabağın qaytarılması və Zəngəzur dəhlizinin açılması, Naxçıvanla quru əlaqəsinin bərpa edilməsi antiutopiyada yorulmuş, tərk edilmiş və yadlaşmış bu adamların bütün fantastik planlarını alt-üst edir. Bütün həyatlarını uduzmuş adamlar! Xalqa necə izah etsinlər ki, Əliyev onların edə bilmədiklərini etdi. Öz gücsüzlüklərini və çöküşlərini etiraf etsinlər? Paşinyanla həmrəylik və kollaborasionizm onların öz fiaskosunun etirafıdır.
Mahiyyətcə, Azərbaycan müxalifəti Yerevandakı “miatsum” müəlliflərinin vəziyyətinə gəlib düşdülər. AXC liderləri və “Qarabağ” komitəsinin üzvləri eyni taleyi yaşayan adamlardır. Onların hamısı tarixə uduzublar. Həsənli Vazgen Manukyana necə də oxşayır, Əli Kərimli isə Zori Balayana...Bütün həyatları uduzulub. Qarabağın qaytarılması Azərbaycanda və Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə üçün imkanlar pəncərəsi olan milli-ekstremizmi və revanşizm yanğısını söndürüb.
Yeni dövr başlayır!...Və bizlərə, ermənilərin bir neçə nəslindən fərqli olaraq, xeyli asandır, axı öz milli fəlakətimizi biz üç onillik qabaq yenidən ölçüb-biçmişik.
Eynulla Fətullayev