Ana Sayfa > Karusel / Multimedia > Tələbələr üçün “YouthLab” proqramına start verildi – FOTO
Tələbələr üçün “YouthLab” proqramına start verildi – FOTO27-05-2021, 20:46. Yazar: Admin |
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (BTİA) Gənclər Fondunun tərəfdaşlığı ilə tələbələr üçün intellektual və sosial inkişafı təmin edəcək, tələbə iştirakçılığı və post-akademik hazırlığı üçün hazırlanan “YouthLab” proqramı təqdim olunub. “YouthLab” tələbələrin ictimai iştirakçılığı və sosial fəallığını təmin etməklə, asudə vaxtını səmərəli təşkil edəcək Mərkəz rolunu oynayacaq və tələbələrin layihə və təşəbbüslərinin reallaşdırılmasına imkan verəcək. Bununla yanaşı, “YouthLab” məzun olmaq ərəfəsində olan tələbələrin post-akademik həyata hazırlıq funksiyası çərçivəsində onların əmək bazarına hazırlacaqdır. Belə ki, tələbələrə müasir əmək bazarında zəruri olan əlavə bilik və səriştələr üzrə peşəkar təlimlər təşkil olunacaq. Həmçinin, məzunların məşğulluğu və sahibkarlıq fəaliyyəti ilə bağlı innovativ ideyalarının dəstəklənməsi üzrə proqramlar həyata keçiriləcək. “YouthLab” həm də gənclərin müxtəlif mövzular ətrafında debat və müzakirələr təşkil etdiyi fikir platforması kimi də çıxış edəcək. Burada mütəmadi olaraq, dövlət rəsmiləri, uğurlu iş adamları, tanınmış idmançılar və digər şəxslərlə görüşlər təşkil olunacaq. Baş tutan açılış mərasimində “YouthLab” üçün xüsusi təchiz edilmiş iş və təlim otaqları, “YouthLab Media Mərkəzi” ilə tanışlıq baş tutdu. Həmçinin, proqramın təqdimatı ilə bərabər “İdman Jurnalistikası” magistr proqramının məzunlarının diplomla təltif olunublar. Proqram çərçivəsində 4000-dən çox Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bakalavr və magistr tələbəsinin yararlanması planlaşırılır. Qeyd edək ki, “Youth Lab” proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir. (Oxu.az)
Geri dön |